
Dünya Çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində Uruqvay Argentinanı səfərdə 2:0 hesabı ilə məğlub etdi!
90plus.az xəbər verir ki, bu, Argentinanın Dünya Kubokunu qazandıqdan sonra ilk məğlubiyyəti idi.
Uruqvay Argentinanın FIFA Dünya Çempionatının seçmə mərhələsindəki ən uzun məğlubiyyətsiz seriyasına son qoydu - 25 oyun.
Qeyd edək ki, həm də Lionel Messi Argentinada keçən ilin noyabrından bəri ilk dəfə qol vura bilmədi.