top of page

Argentina gərgin oyunda Braziliyanı uddu! Qolun VİDEOsu


Bu gün DÇ-2026-nın seçmə mərhələsində Braziliya - Argentina oyunu keçirilib.


90plus.az xəbər verir ki, "Marakana" stadionunda oynanılan matç Argentina yığmasının 1:0 hesabl qələbəsi ilə başa çatıb. 


Oyunda yeganə qolu 63-cü dəqiqədə müdafiəçi Nikolas Otamendi vurub. Həmçinin 81-ci dəqiqədə braziliyalı hücumçu Coelinton birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.


Stadionda azarkeşlərlə polis arasında baş verən qarşıdurma səbəbindən milli komandalar arasında matçın başlaması gecikib. Argentinalı futbolçular münaqişəyə müdaxilə etsə də, sonda Messi komandanı meydandan çıxararaq paltardəyişmə otağına aparıb.


Qeyd edək ki, 6 oyundan sonra Argentina 15 xalla turnir cədvəlində 1-ci yerdədir. Braziliya 7 xalla 6-cı pillədədir.


Qolu aşağıdakı linkdən izləyə bilərsiniz:

0 comments
bottom of page