
Amerika kubokunun ikinci finalçısı müəyyənləşib.
90plus.az xəbər verir ki, yarımfinal mərhələsində Argentina millisi Kolumbiyanı penalti seriyasında məğlub edib. Oyunun əsas vaxtı 1-1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında Argentina yığması 3-2 hesabı ilə Kolumbiyanı məğlub edərək Amerika Kubokunun finalına yüksəlib. Qeyd edək ki, digər finalçı Braziliya millisidir.