Son dünya çempionu Argentina baş məşqçi Lionel Skaloni ilə 3 illik yeni
müqavilə imzalayıb.
90plus.az Argentina Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 2018-ci ildə Argentina yığmasının başına keçən və bu müddət ərzində 3 kubok qazanan 44 yaşlı Skaloni “tanqoçular”la müqaviləsini 2026-cı ilə qədər uzadıb.
Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokunda çempion olan Skaloni Argentina millisi ilə 2021-ci ildə Amerika Kubokunu və 2022-ci ildə “Finalissima” qalibi olub.
Skaloni rəhbərliyi altınsa 57 görüş keçirən “tanqoçular” bu matçlarda 40 qələbə, 12 heç-heçə və 5 məğlubiyyət əldə ediblər.
