"Başımızı qaldırıb yolumuza davam etməliyik, başqa çarəmiz yoxdur".
90plus.az xəbər verir ki, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı yığmasına 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib: "İkinci hissədəki səhvlərə görə məğlub olduq. Bunları düzəltməliyik. Hələ qarşıda iki görüşümüz var. Həmin matçlarda qələbə qazanmalıyıq".