Argentina millisi ilə 2022-ci ildə dünya çempionu olmuş “Montsa”nın yarımmüdafiəçisi Papu Qomes iki il müddətinə futboldan uzaqlaşdırılıb.
90plus.az "Relevo”-ya istinadən xəbər verir ki, argentinalı futbolçunun 2022-ci ilin noyabrında verdiyi dopinq testi pozitiv çıxıb.
35 yaşlı futbolçu bu mövsüm komandanın heyətində iki matçda meydanda olub.
