Argentina millisinin sabiq qapıçısı maşınla adam öldürdü

Argentina milli komandasının sabiq qapıçısı Pablo Kavalyero həbs oluna bilər. 90plus.az "Ole"yə istinadən xəbər verir ki, hazırda “Veles Sarsfild”da idman direktoru olan Pablo avtomobili ilə adam vurub. Hadisə nəticəsində 56 yaşlı Xuan Libero yerindəcə dünyasını dəyişib. Argentina polisi 47 yaşlı keçmiş qapıçıya qarşı cinayət işi qaldırıb. Pablo Kavalyero 1996-2006-cı illərdə Argentina yığmasında 26 oyun keçirib. O, Argentinanın “Veles Sarsfild” və “Union” (Santa-Fe), İspaniyanın “Espanyol”, “Selta” və “Levante”, həmçinin Uruqvayın “Penyarol” komandalarında çıxış edib. Kavalyero millinin heyətində 2004-cü ildə keçirilən Amerika kubokunun gümüş medalçısı olub. Qeyd edək ki, Kavalyero 2018-ci ilin yanvarından “Veles Sarsfild”də idman direktoru olaraq çalışır.

0 comments

Recent Posts

See All