top of page

Argentina prezidenti final matçına getməyəcək

Argentina prezidenti Alberto Fernandes 2022-ci il dünya çempionatının final oyununa getməyəcəyini açıqlayıb.


90plus.az xəbər verir ki, o, Argentina - Fransa final matçı öncəsi özünün "Tvitter" hesbında yazıb: “Milyonlarla həmvətənlərim kimi mən də evdə dünya çempionatının finalından həzz alacağam. Bu fantastik anı əvvəlki kimi xalqımla birlikdə yaşayacağam. Ən yaxşı oyunçularımız meydanda, azarkeşlərimiz isə tribunada olacaq”.


Qeyd edək ki, bu gün keçiriləcək həlledici görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

0 comments
bottom of page