top of page

Argentina və İtaliya Maradonanın xatirəsinə oyuna çıxa bilər


Dieqo Maradonanın xatirəsinə İtaliya və Argentina yığmaları arasında yoldaşlıq oyunu keçirilə bilər. 90plus.az xəbər verir ki, matçın Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda oynanılması nəzərdə tutulub. İtaliya Avropa çempionatının, Argentina isə Amerika Kubokunun qalibi olub. Daha əvvəl Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) iki kollektiv arasında oyun təşkil etmək üçün UEFA-ya müraciət edib.

0 comments
bottom of page