top of page

Argentinalı futbolçu Avropa klublarının radarına düşüb


"Boka Xuniors"un futbolçusu Alan Varela karyerasını Avropada davam etdirməyə yaxındır.

 

90plus.az xəbər verir ki, 21 yaşlı dayaq yarımmüdafiəçisinin xidmətində "Nyukasl" və "Barselona" maraqlıdır. İngiltərə klubu argentinalı futbolçu üçün klubuna 16 milyon avroluq təklif göndərib. "Boka Xuniors" isə Varelanı 20 milyon avrodan aşağı qıymətə satmağı düşünmür.

 

"Barselona" da gənc oyunçunun transferində israrlıdır. Kataloniya təmilçisi Argentinanın U-21 millisinin üzvünə Serxio Busketsin əvəzləyicisi kimi baxır.

 

Qeyd edək ki, Alan Varela "Boka Xuniors"un yetirməsidir. O, Buenos Ayres təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 76 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

0 comments
bottom of page