top of page

Argentinalı futbolçu "Qalatasaray"ın tarixinə düşdü

Argentinalı futbolçu Mauro İkardi "Qalatasaray"ın tarixinə düşüb.


90plus.az "NTV Spor"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu İstanbul təmsilçisinin NEF stadionunda vurduğu 600-cü qolun müəllifi olub.


Təcrübəli forvard bunu "Başakşehir"ə qarşı keçirilən Türkiyə Kubokunun 1/4 final oyununun 51-ci dəqiqəsində fərqlənməklə bacarıb. O, komandasının 2-ci qoluna imza atıb.


Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən qarşılaşmada "Cim-Bom" rəqibinə uduzur - 2:3.



0 comments
bottom of page