top of page

"Argentinalı olsam da, Meksikanın qələbəsi üçün hər şeyi edəcəyik"


Meksika millisinin baş məşqçisi Xerardo Martines DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Argentina ilə oyun öncəsi fikirlərini bildirib.

90plus.az xəbər verir ki, argentinalı mütəxəssis ölkəsinin komandasına qarşı oynamasına baxmayaraq, qələbə haqda düşündüyünü deyib: 



"Hücumçu haqda hələ qərar verməmişəm və konkret namizədlər bir yana qalsın, son seçimimin kriteriyaları haqqında hələ deyə bilmərəm. Üstəlik, bu barədə futbolçularla danışmamışam. Əvvəlcə oyunöncəsi məşq keçirəcəyik və sonra yekun qərarı verəcəyik. Amma Meksika qalib gəlməlidir. Baxmayaraq ki, mən argentinalıyam, bu qələbə üçün hər şeyi edəcəyik. Argentina millisi ilə çalışmışam və doğma şəhərimdə buna görə problemlərim ola bilər. Biz ilk növbədə Messini dayandırmalıyıq. Futbolçular Lioneli bütün matç ərzində dayandıra bilməyəcəklər. Hamı bilir ki, Messi pis günündə olanda onu dayandırmaq daha realdır".

Qeyd edək ki, bu gün keçiriləcək Argentina-Meksika görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0 comments
bottom of page