top of page

Argentinalı oyunçu La Liqa klubunda

İspaniyanın “Kadis” klubu heyətinə yeni futbolçu cəlb edib.


90plus.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Latsio” klubunun argentinalı yarımmüdafiəçisi Qonsalo Eskalante ilə güclənib.


29 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

Eskalante 2020-ci ildən “Latsio”da çıxış edir. Bu komandada 31 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalan futbolçu, mövsümün ilk dövrəsini “Kremoneze”də icarədə keçirib. O, ötən ilin əvvəlində “Alaves”də də icarəyə oynayıb. Argentinalı oyunçu daha öncə “Boka Xuniors”, “Kataniya” və “Eybar”da da forma geyinib.


“Kadis” öz yarımmüdafiəçisi Aver Mabili də Çexiyanın “Sparta” (Praqa) klubuna icarəyə verib. Avstraliyadan olan 27 yaşlı vingerin bu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə verildiyi diqqətə çatdırılıb. Mabil 2022-ci ilin yayında “Kadis”ə transfer olunsa da, La Liqa təmsilçisində cəmi 6 oyunda iştirak edib.



0 comments
bottom of page