top of page

Argentinanın baş məşqçisi Niderlandla oyun haqqında danışıb

"Həmişə məşqdən sonra oyunçular penalti vurmaq üçün ayrıca çalışırlar. Amma oyunda topa yaxınlaşanda bu, lotereyadır".


90plus.az xəbər verir ki, bu sözləri Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin 1/4 finalında Niderlandla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.


O, matçı həvəslə gözlədiklərini bildirib: "Sabahkı oyunu izləmək çox xoş olacaq. Həm Argentina, həm də Niderland həmişə hücum etməyə çalışan komandadır. Yarışda qalan səkkiz komandadan hər biri finala yüksəlməyə layiqdir".


Baş məşqçi komandanın zədəli futbolçularının durumu haqda da danışıb: “Rodriqo de Paul yaxşıdır. Bugünkü məşqdə görək komandanı necə formalaşdıracağıq. Bu gün oyun sistemimizə əsasən qərar verəcəyik. De Paul və Di Maria dünən məşq ediblər. Amma qarşıda komandanı görmək üçün hələ bir gün və məşq var".


Qeyd edək ki, sabah gecə keçiriləcək Niderland - Argentina matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0 comments

Recent Posts

See All
bottom of page