"Aris"lə oyun bizim üçün önəmlidir"




"Əsas hazırlığımız UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağımız Kipr "Aris"i ilə oyunlara yönəlib. Bu matç bizim üçün önəmlidir və yaxşı hazırlaşırıq".


90plus.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev klubun rəsmi televiziyasına açıqlamasında deyib.


"Çox yaxşı kollektivimiz və məşqçilər korpusumuz var. İnanıram ki, bu qədər əziyyətin nəticəsini görəcəyik".


Hacıyev komandanın aparıcı futbolçusu olacağına inandığını vurğulayıb: "Hər şey mənim özümdən, məşqimdən və göstərdiyim oyundan asılıdır. Baş məşqçi də bunları dəyərləndirəcək. Hamımız komandanın qələbəsi və öz karyeramız üçün çalışırıq. Mən də peşəkar futbolçu kimi işimə düzgün və ciddi yanaşıram. İnanıram ki, əsas heyətdə yerimi tutacağam".


"Həmişə rəqabəti sevdiyimi demişəm. Komandanın qələbəsi üçün kim yaxşı formadadırsa, o da oynamalıdır".


Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.

0 comments