AFFA-nın təşkil etdiyi Region Liqasında bürünc medalın sahibi bəlli oldu.
90plus.az xəbər verir ki, Şərurun “Arpaçay” komandası “Şəki” klubunu 1-0 hesabı ilə məğlub edərək Region Liqasında 2022/23 mövsümünün bürünc medalçısı oldu.
Qeyd edək ki, final görüşü "Çinar-Zəngilan" ve "Qusar" komandaları arasında baş tutacaq.
Tovuz şəhər stadionunda keçiriləcək oyun 4 iyun, saat 16:00-da başlayacaq.
