Arsenalın yeni dəcəli, xanımların əcəli

"90plus.az" bildirir ki, Arsenalın yeni transferi Omar Rekik yaraşıqlı görünüşü ilə sosial mediada xanımların diqqətini çəkib.


Əgər futbolda uğurlu olmasa, ən azdan professional model ola bilər. O, bu yanvar ayında "Herta Berlin"dən 600 min sterlinqə "Arsenal"a transfer olunub. Transfer ardından o instagramda çoxlu uğur diləkləri alıb.


Lakin, maraqlı məqam orasındadır ki, həmin uğur arzulayan fanatların çoxluğunu xanım təşkil edir. Onun yaraşığı və model kimi görünüşü artıq xanımlar arasında dedi-qoduya çevrilib və tez-tez onun instaqram hesabına xoş sözlər yazırlar. Hətta, Rekikin instaqram hesabı 44 min izləyicidən 55 minə qalxıb.


Ona rəy yazan xanımlardan biri belə qeyd edib: "Sən möhtəşəmsən 😍"

0 comments