top of page

"Arsenal" çempionluq yolunda ağır yara aldı

İngiltərə Premyer Liqasının 23-cü turunda “Brentford"la 1:1 hesablı heç-heçə edən "Arsenal" çempionluq yarışında ağır yara aldı.


90plus.az xəbər verir ki, “Arsenal" doğma meydanda "Brentford"u qəbul edib.


Görüş 66-cı dəqiqədə “Arsenal”ın futbolçusu Leandro Trossardın, 74-cü dəqiqədə isə qonaq komandadan İvan Toninin qolları ilə 1:1 hesablı bərabərliklə yekunlaşıb.



Bu nəticə ilə xallarını 51-ə yüksəldən "Arsenal" ən yaxın izləyicisi "Mançester Siti"ni 6 xal qabaqlayır.


Liqada sabah "Aston Villa" ilə qarşılaşacaq "Mançester Siti" fevralın 15-i çərşənbə günü "Arsenal"ın qonağı olacaq.


Qeyd edək ki, Pep Qvardiolanın rəhbərlik etdiyi Mançester komandası hər iki oyunda qalib gəlsə, Arsenal ilə xalları bərabərləşdirəcək.



0 comments
bottom of page