"Arsenal"ın futbolçusu "Marsel"də

"Marsel" "Arsenal"ın futbolçusu Matteo Genduzini icarəyə götürüb.

90plus.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümünü icarə əsasında Fransa təmsilçisində keçirəcək. "Marsel"in onu mövsümün sonu birdəfəlik almaq hüququ var. Qeyd edək ki, Genduzi ötən mövsüm icarə əsasında "Herta"da oynayıb və Bundesliqada meydana çıxdığı 24 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

0 comments