top of page

"Arsenal"ın oyunçuları üçün mövsüm bitdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta ukraynalı yarımmüdafiəçi Oleksandr Zinçenko və braziliyalı hücumçu Qabriel Martinellinin cari mövsümün sonuna qədər sıradan çıxdığını bildirib.


90plus.az xəbər verir ki, klubun saytına danışan baş məşqçi, xüsusilə də, Martinellinin zədəsinin ciddi olduğunu deyib:


“Onların hər ikisi mövsümün qalan hissəsində meydana çıxmayacaq. Bərpa prosesi nə qədər çəkəcək? Fərqli. Martinelli olduqca pis zədə alıb. Gələn həftə onun nə qədər müddətə bizə kömək edə bilməyəcəyini təxmin etməliyik. Amma bu, ən azı həftələr olacaq.


Zinçenkonun isə baldırında problem var. O, növbəti matçda oynaya bilməyəcək”.


Martinelli İngiltərə Premyer Liqasının 36-cı turunun “Brayton”la matçının (0:3) 20-ci dəqiqəsində əvəzlənib. Zinçenko həmin oyunu buraxıb.



0 comments
bottom of page