"Arsenal"ın sabiq futbolçusu karyerasını başa vurdu


Danimarka millisi və "Arsenal"ın sabiq futbolçusu Niklas Bendtner karyerasını başa vurub. Qol.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu Danimarka mətbuatına açıqlamasında deyib. O, bundan sonra məşqçi təhsili alacağını bildirib. Qeyd edə ki, Bendtner 2005-2014-cü illərdə "Arsenal"da çıxış edib. O, bu müddətdə 171 matçda 47 qol vurub və komanda ilə 2013/2014 mövsümündə İngiltərə kubokunun qalibi olub.

0 comments