"Arsenal"ın transfer hədəfləri

"Arsenal"ın yay transfer dönəmində heyətinə qatmaq istədiyi iki futbolçu müəyyənləşib. 90plus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi "Norviç Siti"nin yarımmüdafiəçisi Emiliano Buensiyanı heyətinə cəlb etməkdə israrlıdır. Yaxın zamanda "topçular"ın bu transfer üçün qarşı tərəfə rəsmi təklif göndərəcəyi bildirilib. "Arsenal"ın digər transfer hədəfi isə "Betis"in yarımmüdafiəçisi Nabil Fekirdir. Baş məşqçi Mikel Artetanın əsasən oyun qurusu almaq istədiyi qeyd olunub.

0 comments