top of page

"Arsenal"ın yarımmüdafiəçisi karyerasını Türkiyə klubunda davam etdirə bilər

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.


90plus.az "The Times"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi, İngiltərə "Arsenal"ının yarımmüdafiəçisi Jorjinyo Frello üçün hərəkətə keçib.


Məlumata görə, Super Liqa klubu 31 yaşlı italiyalı futbolçu üçün qarşı tərəfə təklif göndərəcək.

Bildirək ki, Jorjinyo bu ilin 31 yanvarında "Çelsi"dən "Arsenal"a keçib. Onun "topçular"la 2024-cü ilin 30 iyununadək müqaviləsi var.



0 comments
bottom of page