İspaniyanın “Real Sosyedad” klubu İngiltərə “Arsenal”ının sol cinah müdafiəçisi Kiran Tirnini icarəyə götürməyə hazırlaşır.
90plus.az “The Athletic”-ə istinadən xəbər verir ki, londonlular da öz növbəsində Tirnini satmaqda və ya icarə müddətinin sonunda məcburi satınalmada maraqlıdır.
“Arsenal”ın 26 yaşlı şotlandiyalı futbolçunu 30 milyon funt sterlinqdən çox qiymətləndirdiyi bildirilir.