top of page

"Arsenal" 3 xalı 3 qolla əldə etdi

İngiltərə Premyer Liqasının 27-ci turunda "Arsenal" "Fulhem"i qəbul edib.


90plus.az xəbər verir ki, qarşılaşmada ilk qolu 21-ci dəqiqədə Qabriel Maqalhaes vurub.


Matçın 26-cı dəqiqəsində Qabriel Martinellinin qolu ilə fərqi ikiyə çatdıran “Arsenal”, ilk hissənin uzatma dəqiqələrində Martin Odeqardın qolu ilə 3-0 önə keçib və görüş bu hesabla başa çatıb. .


Ardıcıl 5-ci qələbəsi ilə xallarını 66-ya çatdıran “Arsenal” ən yaxın izləyicisi “Mançester Siti” ilə 5 xal fərqini qoruyub.


Günün digər oyununda isə “Vest Hem Yunayted” “Aston Villa” ilə 1:1 hesablı heç-heçə edib.



0 comments
bottom of page