top of page

"Arsenal" 7 futbolçusunu satışa çıxarıb


"Arsenal" yay transfer pəncərəsində 7 futbolçusunu satmaq istəyir.

90plus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi bu mövsüm "Nitsa"da icarə əsasında çıxış edən hücumçu Nikolas Pepe ilə yollarını ayırmaq istəyir. Klub futbolçunu 2019-cu ilin avqustunda "Lill"dən 80 milyon avroya alsa da, o, rəhbərliyin gözləntilərini doğrultmayıb.

“Arsenal” həmçinin qapıçı Aleks Runarsson, müdafiəçilər Pablo Mari, Sedrik Soareş və Nuno Tavareş və yarımmüdafiəçilər Sambi Lokonqe və Eynsli Meytlend-Nayls üçün də təkliflərə açıqdır.

0 comments
bottom of page