top of page

“Arsenal” 76 milyon avroluq transferi bitirməyə yaxındır

“Çelsi”nin futbolçusu Kay Haverts “Arsenal”a keçməyə yaxındır.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “topçular”la 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq. “Arsenal” Haverts üçün “zadəganlar”a 76 milyon avro ödəyəcək.


Almaniyalı futbolçu 2022/23 mövsümündə “Çelsi”nin heyətində 47 oyuna çıxıb, doqquz qol vurub və bir məhsuldar ötürmə edib.

0 comments
bottom of page