"Arsenal" 91 illik antirekordunu təkrarlayıb


90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 33-cü turunda evdə "Everton"a 0:1 hesabı ilə uduzan "Arsenal" 91 ildən sonra antirekordunu təkrarlayıb.


London klubu bu mövsüm 9-cu dəfə doğma meydanda məğlub olub.

"Arsenal" son olaraq 1929/1930 mövsümündə belə nəticə göstərib.


Qeyd edək ki, "Arsenal" turnir cədvəlində 46 xalla 9-cu, "Everton" isə 52 xalla 8-ci yerdədir.

0 comments