
"Arsenal"ın hücumçusu Qabriel Jesus zədəsini tam sağaldıb.
90plus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 25 yaşlı hücumçu komanda ilə məşqlərə qatılıb. O, sonuncu dəfə 2022-ci ilin noyabrında "topçular"ın heyətində meydana çıxıb. Bundan sonra Jesus Qətərdə keçirilən dünya çempionatı üçün Braziliya millisinə yollanıb və sağ dizindən zədə alıb.