"Arsenal"a razılaşdı 

PSJ-nin futbolçusu Leven Kurzava mövsümün sonunda komandanı tərk edəcək.

90plus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Arsenal"la 5 illik razılığa gəlib. Fransalı futbolçunun Paris klubu ilə müqaviləsi mövsümün sonunda bitəcəyinə görə "topçular"a yayda azad agent olaraq keçəcək. Qeyd edək ki, L.Kurzava 2015-ci ildən PSJ-də çıxış edir. O, bu mövsüm yerli çempionatda 11 matça çıxıb və 1 qolun ötürməsini verib.

0 comments