İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan "Arsenal" "Lids Yunayted"i qəbul edib.
90plus.az xəbər verir ki, görüşdə "Arsenal" 4-1 hesabı ilə qalib gəlib.
"Arsenal"ın qələbə qollarını 35 (P) və 55-ci dəqiqələrdə Qabriel Jezus, 47-ci dəqiqədə Ben Uayt və 84-cü dəqiqədə Qranit Xaka vurub.
"Lids Yunayted"in qolunu 76-cı dəqiqədə Rasmus Kristensen vurub.
Bu qələbədən sonra "Arsenal" xalını 79-a yüksəldib.
İngiltərə Premyer Liqasında gələn həftə "Arsenal" "Liverpul"u qəbul edəcək. "Lids Yunayted" öz meydanında "Nottingem Forest"i qəbul edəcək.
