"Arsenal"dan itki

"Arsenal"ın zədəli futbolçusu Lukas Torreyra tibbi müayinədən keçib.

90plus.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin sağ ayaq biləyində qırıq aşkarlanıb. Onun bərpa müddətinin yaxın vaxtlarda müəyyənləşəcəyi vurğulanıb. Qeyd edək ki, L.Torreyra İngiltərə kubokunun 1/8 final mərhələsində "Portsmut"la matçın 16-cı dəqiqəsində zədələnib. Xatırladaq ki, L.Torreyra bu mövsüm 33 matçda oynayıb.

0 comments