top of page

"Arsenal" futbolçusu ilə müqavilə uzatmağa yaxındır

“Arsenal”ın cinah oyunçusu Bukayo Saka klubla müqaviləni uzatmağa yaxındır.


90plus.az “talkSPORT”-a istinadən xəbər verir ki, futbolçu 2028-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalamağa razılaşıb. Yeni müqavilə ilə onun maaşı həftəlik 345 min avro olacaq. Yeni şərtlərə əsasən, 21 yaşlı futbolçu “Arsenal”ın ən çox maaş alan futbolçusu olacaq.


London klubunun rəhbərliyi cari mövsümün sonuna qədər müqavilənin uzadıldığını açıqlamaq niyyətindədir. Tərəflər müqavilənin yalnız xırda detalları barədə razılığa gəlməlidirlər.


İngiltərəli futbolçunun “Arsenal”la hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir.


Saka bu mövsüm “topçular”ın heyətində Premyer Liqada 35 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.



0 comments

Recent Posts

See All

Comments


bottom of page