
"Arsenal" misirli futbolçu ilə müqavilə uzatdı.
90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "topçular" yarımmüdafiəçi Mohammed Elneni ilə müqavilə müddətini uzatdı. Yeni müqavilə 2024-cü ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Elneni 2016-cı ildə "Bazel"dən transfer olunmuşdu. Elneni "Arsenal"da 155 matça çıxıb. Əlavə olaraq Elneni bir müddət "Beşiktaş"da da forma geyinmişdi.