“Arsenal” yarımmüdafiəçisi Qabriel Martinellinin müqavilə müddətini artırıb.
90plus.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Martinelli 2019-cu ildə Braziliyanın “İtuano” klubundan “Arsenal”a transfer olunub. O, “topçular”ın heyətində 111 oyun keçirib, 25 qol vurub.