"Arsenal" Çempionlar Liqasının qrup mərhələsinin matçları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
90plus.az xəbər verir ki, siyahıda London təmsilçisinin yeni transferi Yurrien Timber yer almayıb. Bonuslarda daxil olmaqla "Ayaks"dan 40 milyon avroya alınan 22 yaşlı oyunçu zədə səbəbdən heyətə daxil edilməyib.
Qapıçılar: Aaron Ramsdeyl, Devid Rayya, Ceyms Xillson.
Müdafiəçilər: Sedrik Soareş, Lino Souza, Takexiro Tomiyasu, Aleksandr Zinçenko, Ben Uayt, Qabriel, Yaqub Kiver, Vilyam Saliba.
Yarımmüdafiəçilər: Məhəmməd El-Nenni, Jorjinyo, Tomas Parti, Deklan Rays, Martin Edeqor, Kay Haverts, Fabio Vieyra, Emil Smit-Rou.
Hücumçular: Leandro Trossar, Bukayo Saka, Qabriel Martinelli, Reyss Nelson, Edvard Nketia, Qabriel Jezus
Qeyd edək ki, "Arsenal" ÇL-də “Sevilya” (İspaniya), PSV (Niderland) və “Lans”la (Fransa) B qrupunda yer alacaq
