"Arsenal"ın qadınlardan ibarət komandası İngiltərə Liqa kubokunun qalibi olub.
90plus.az xəbər verir ki, "topçular" turnirin final oyununda “Çelsi”ni 3:1 hesabı ilə məğlub ediblər.
Nəticədə komanda tarixində 6-cıdəfə İngiltərə Liqa kubokunu qazanıb. Bu, rekorddur.
"Mançester Siti" 4 dəfə, "Çelsi" isə 2 dəfə 2011-ci ildən etibarən keçirilən turnirin qalibi olub.
