"Arsenal" itki ilə üzləşdi

"Arsenal"ın futbolçusu Kiran Tirni sıradan çıxıb. 90plus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçinin sol diz bağı zədələnib. Onun təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, Tirni bu mövsüm Premyer Liqada 23 matçda 1 qol vurub və 2 qolun ötürməsini verib.

0 comments