"Arsenal" "Keşlə"dən üstün oldu


Bu gün “Keşlə” Antalyada daha bir yoxlama oyunu keçirib.

90plus.az xəbər verir ki, Tərlan Əhmədovun komandası Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Keşlə" ilk oyunda  Almaniyanın aşağı liqa klubu “Zvikau”ya 1:4 hesabı ilə uduzub. Komanda Antalyadakı son oyununu yanvarın 24-də Slovakiyanın “Zemplin” klubuna qarşı keçirəcək.

22 yanvar

“Keşlə” – “Arsenal” (Rusiya) - 1:2 Qol: Aleksandr Kristavao, 70.

0 comments