İngiltərə Premyer Liqasının 28-ci turunda lider “Arsenal" "Emireyts" stadionunda "Kristal Pelas"ı qəbul edib.
90plus.az xəbər verir ki, “topçuların” 4-1 qalib gəldiyi matçda "Arsenal"a qələbə qazandıran qolları 28-ci dəqiqədə Martinelli, 43-cü və 74-cü dəqiqədə Saka və 55-ci dəqiqədə Xhaka vurdu. Qonaq komanda “Kristal Pelas”ın yeganə qolunu isə 63-cü dəqiqədə Cefri Şlupp vurub.
Bu nəticədən sonra lider "Arsenal" xallarını 69-a yüksəldib, 12-ci pillədəki "Kristal Pelas"ın isə 27 xalı var.
