top of page

"Arsenal"la matç çempionu müəyyən edəcək" - Qvardiola


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 32-ci turunda "Arsenal"la oyun öncəsi fikirlərini bildirib.

90plus.az BBC-yə istinadən xəbər verir ki, o, London təmsilçisinə qarşı final matçının olacağını deyib: “Hər oyuna qələbə üçün çıxmalıyıq. "Arsenal" bu mövsüm yaxşıdır, çox xal itirmək ehtimalı azdır. Ona görə də biz geridə qala bilmərik. "Arsenal"la qarşılaşma final olacaq. Uduzsaq, çempionluq yarışı demək olar ki, bitəcək”

Qeyd edək ki, “Mançester Siti” lider “Arsenal”dan 3 xal geri qalır. Bu komandalar arasında görüş aprelin 26-da Mançesterdəki "Emirates" stadionunda keçiriləcək.

0 comments
bottom of page