"Arsenal"la yollarını ayırdı

"Real"ın icarə əsasında "Arsenal"da çıxış edən futbolçusu Daniel Sebalyos London klubundan ayrılıb.


90plus.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bu barədə öz "İnstaqram" hesabında məlumat yayıb. O, "topçular"dan ayrıldığını bildirib. Futbolçu azarkeşlərə və kluba təşəkkür edib.


Qeyd edək ki, Sebalyos 2019-cu ildən "Arsenal"da oynayır. O, bu mövsüm Premyer Liqada 25 matçda 3 qolun ötürməsini verib.

0 comments