İngiltərə Liqa kuboku yarışlarının yarımfinal mərhələsi çərçivəsində keçirilməsi nəzərdə tutulan “Arsenal” – “Liverpul” matçı təxirə salınıb.
90plus.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Liqası qərar qəbul edib.
Buna “Liverpul”da koronavirusa kütləvi yoluxma halı səbəb olub. Klubun müraciətini nəzərə alan Liqa rəhbərliyi yanvarın 6-da təşkil olunmalı matçın vaxtını dəyişib.
Qərara əsasən, bu görüş yanvarın 20-də baş tutacaq. Yanvarın 13-də keçiriləcək cavab oyunu isə ilk matç kimi təşkil ediləcək.