İngiltərə Premyer Liqasında həyəcan davam edir.
90plus.az xəbər verir ki, "Aston Villa" 24-cü həftə matçında "Arsenal"ı qəbul edib. “Villa Park”da keçirilən qarşılaşmada baş hakim Saymon Huper fit çalıb.
Maraqlı mübarizədən 4:2 hesabı ilə qalib gələn qonaq komanda 3 xalı qazanıb.
"Arsenal"a qələbə qazandıran qolları Saka, Zinçenko, Martinez (avtoqol) və Martinelli vurub. “Aston Villa”nın qollarını Uotkins və Koutinyo vurub.
"Arsenal" bu nəticə ilə xalını 54-ə yüksəldib. “Aston Villa”nın isə 28 xalı var.
