"Arsenal" onları satmaq istəyir

90plus.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Arsenal" Eynsli Meytlend-Naylz, Edvard Nketia, Lukas Torreyra, Matteo Genduzi, Hektor Belerin və Aleksandr Lakazetti yayda satmaq niyyətindədir.


Klub rəhbərliyi sözügedən futbolçuların satışından 120 milyon funt-sterlinq əldə etməyi düşünür. Buna görə də sözügedən oyunçular üçün gələcək təkliflər dəyərləndiriləcək.



0 comments