top of page

“Arsenal” onun üçün azı 40 milyon avro tələb edir

“Arsenal” hücumçusu Folarin Baloqun üçün 40 milyon avrodan çox tələb edəcək.


90plus.az “Sky Sport”-a istinadən xəbər verir ki, “Reyms”də icarə əsasında çıxış edən 21 yaşlı ingiltərəli futbolçu ilə “Leyptsiq” yaxından maraqlanır.


Daha əvvəl “İnter”, “Milan” və “Monako”nun da Baloquna iddialı olduğu bildirilirdi.


Baloqun Fransa Liqa 1-in cari mövsümünün 29 oyununda 18 qol vurub və 2 məhsuldar ötürmə edib.

0 comments

Comments


bottom of page