top of page

“Arsenal” qapıçısı ilə müqavilə yeniləyəcək

“Arsenal”ın qapıçısı Aaron Ramsdeyl klubla yeni müqavilə imzalayacaq.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli qolkiperin sözləşməsi 2028-ci ilin yayına qədər uzadıla bilər. Bununla bağlı şifahi razılıq əldə olunub.


Ramsdeyl 2021-ci ilin yayında “topçular”a keçib. Cari mövsümdə o, İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb, 39 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.

0 comments
bottom of page