"Arsenal" satılır?

“Arsenal” rəhbərliyi Avropa Superliqasının uğursuzluğundan sonra klubun satışa çıxarılacağı haqda yayılan xəbərlərə münasibət bildirib. 90plus.az xəbər verir ki, London təmsilçisinin sahibinin oğlu Coş Kronke məsələ ilə bağlı deyib:

“Düşünürəm ki, “Arsenal ”ın sahibi olmağa davam etməyə layiqik. Klub xaricindəki insanlar tərəfindən bizi çox çətin vəziyyətə saldındıq. Bir neçə həftə əvvəl dediyimiz kimi, yay transfer pəncərəsi planlarımız var və mən buna hələ də sevinirəm. Bəziləri sözlərimi inamsızlıqla və şübhə ilə qəbul edə bilər, amma vaxt keçdikcə azarkeş qruplarımızla bir növ münasibət quracağam və klubumuzu irəli apara biləcəyimizi göstərəcəyəm. Klubun satılması ilə bağlı sualı cavablandırmaq belə istəmirəm, çünki belə bir planımız yoxdur”. Qeyd edək ki, “Arsenal” Avropa Superliqasının 12 qurucu klubu sırasında olsa da, daha sonra geri çəkilib. Ümumilikdə təşkilatı 10 klub tərk edib. Yalnız “Real” və “Barselona” fikrindən daşınmayıb. Lakin Avropa Superliqası fəaliyyətini dayandırıb.

0 comments