top of page

"Arsenal" son saniyələrdə vurulan qol ilə qalib gəldi

Premyer Liqanın 26-cı həftəsində “Arsenal” “Emireyts” stadionunda “Bornmut”u qəbul edib.


90plus.az xəbər verir ki, matçın əvvəlində Filip Billinqin qolu ilə 1-0 önə keçən "Bornmut" ilk yarını bu hesabla öndə tamamlayıb.



Qonaq komandanın heyətində Markos İl 57-ci dəqiqədə vurduğu qolla fərqi ikiyə çatdırıb.


Matçda geridönüş edən "Arsenal" 62-ci dəqiqədə Tomas Partey, 70-ci dəqiqədə Ben Uayt və 90+7-ci dəqiqədə Reiss Nelsonun qolları ilə 3-2 hesablı qələbə qazanıb.


Matçın əvvəlində 9,11 saniyədə toru havalandıran Billinq Premyer Liqa tarixində ikinci ən sürətli qolu qeydə aldı.


Ardıcıl 4-cü qələbəsi ilə xallarını 63-ə çatdıran “Arsenal” ən yaxın izləyicisi “Mançester Siti” ilə 5 xal fərqini qoruyub.


"Bornmut" isə 21 xalla 19-cu pillədə qalıb.



0 comments
bottom of page