
"Arsenal" bütün turnirlərdə keçirdiyi son 25 oyunun 20-sində qalib gəlib.
90plus.az "Opta"ya istinadən xəbər verir ki, bu, klub tarixində ən yaxşı göstəricidir.
Mikel Artetanın komandası Premyer Liqada 17 oyuna 44 xalla liderdir. "Topçular" son çempion "Mançester Siti"ni 5 xal qabaqlayır.
"Arsenal"ın bu mövsüm tərk etdiyi yeganə yarış İngiltərə liqa kubokudur.